AZ

Reuters: Aİ Suriyaya qarşı enerji sanksiyalarını dayandırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) enerji və nəqliyyat da daxil olmaqla bir sıra sahələrdə Suriyaya qarşı sanksiyaları dayandırmağı planlaşdırır.

Bu barədə Avropa Şurasının gələn bazar ertəsi keçiriləcək iclasının yekun bəyannaməsi layihəsinə istinadən Reuters agentliyi məlumat yayıb.

Sənəddə deyilir ki, Avropa “energetika, nəqliyyat və [müharibədən sonrakı] yenidənqurma sahələrində, habelə bu sahələrlə bağlı maliyyə və bank əməliyyatları üçün” məhdudlaşdırıcı tədbirləri dayandıracaq.

Bundan başqa, bəyannamənin mətnində gələcəkdə digər sanksiyaların da dayandırılmasının mümkünlüyü qeyd olunub.

Seçilən
44
5
aznews.az

10Mənbələr