AZ

Aİ Suriyaya qarşı bəzi sanksiyaları dayandıracaq

Avropa İttifaqı ölkələri enerji və nəqliyyat da daxil olmaqla bir sıra sahələrdə Suriyaya qarşı tətbiq edilən sanksiyaları dayandırmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” müvafiq bəyannamə layihəsinə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi sənəddə Aİ Şurasının Suriyaya qarşı energetika, nəqliyyat, müharibədən sonrakı rekonstruksiya, habelə bu sahələrlə bağlı maliyyə və bank əməliyyatlarının aparılması sahələrində qüvvədə olan sanksiyaların dayandırılmasından bəhs edilir.

Seçilən
40
10
unikal.az

10Mənbələr