1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa İttifaqı (Aİ) ölkələri enerji və nəqliyyat da daxil olmaqla bir sıra sahələrdə Suriyaya qarşı tətbiq edilən sanksiyaları dayandırmaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" müvafiq bəyannamə layihəsinə istinadən məlumat yayıb.
Sənəddə bildirilir ki, Avropa energetika, nəqliyyat və müharibədən sonrakı yenidənqurma sahələrində, habelə bu sahələrlə bağlı maliyyə və bank əməliyyatları üçün məhdudlaşdırıcı tədbirləri dayandıracaq.
Bundan başqa, bəyannamənin mətnində gələcəkdə digər sanksiyaların da dayandırılmasının mümkünlüyü qeyd olunub.