AZ

Beyin niyə qocalır?

Çətin uşaqlıq beyni daha sürətlə qocaldır. Berlinin Charite Universitetinin alimləri kiçik yaşlarda yaşanılan stress və travmaların beynin neyrodegenerativ proseslərini gücləndirdiyini müəyyən edib. Araşdırmanın nəticələri “Annals of Neurology” jurnalında dərc olunub.

Araşdırmada 30-60 yaş arası 179 qadın iştirak edib. Tədqiqat üçün alzaymer, parkinson, demensiya kimi neyrodegenerativ xəstəliklərə meylli olanlar seçilib. Klinik sorğulara başladıqda məlum oldu ki, beynin qocalmağı ilə yaranan xəstəliklərə meylli olan qadınların əksəriyyətində ağır uşaqlıq travmaları olub”, deyə tədqiqat baş müəllifi Lara Flek bildirib.

Alimlər, həmçinin iştirakçıların qan nümunələrini, yüksək dəqiqliyi olan texnologiyalardan istifadə edərək, spesifik neyroiltihab proseslərini və sinir hüceyrələrinin zədələnməsini göstərən biomarkerləri araşdırıb. Əlavə olaraq, iştirakçılar beyin maqnit rezonans görüntüləri və koqnitiv funksiyaların qiymətləndirilməsi üçün standartlaşdırılmış testlərdən keçib. Nəticədə məlum olub ki, erkən yaşda qəddar rəftara məruz qalma, nifrət hissi, məişət zorakılığı, narkotik maddələrindən istifadə, ailə cinayətinə şahid olma, uşaqlıqda valideyn itkisi kimi travmalar yetkinlik dövründə beynin sağlamlığına ciddi təsir edir və müxtəlif beyin xəstəliklərinin inkişafına səbəb olur.
Seçilən
43
49
sherg.az

10Mənbələr