Bakı. Trend:
“Sumqayıt” yeni transferini açıqlayıb.
Klubdan Trend-ə verilən məlumata görə, "gənclik şəhəri"təmsilçisi Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş BoburAbdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədərsözləşmə imzalayıb.
27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın“Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) vəQazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.
Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22və U-23 millilərində də çıxış edib.