AZ

"Sumqayıt" yeni transferini açıqladı

"Sumqayıt” yeni transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. 27 yaşlı hücumçu “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

Seçilən
16
27
football-plus.az

10Mənbələr