AZ

"Sumqayıt" özbəkistanlı futbolçunu transfer etdi

“Sumqayıt” yeni transferini açıqlayıb.

Publika.az xəbər verir ki, klubun yaydığı məlumata görə, "gənclik şəhəri" təmsilçisi Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

27 yaşlı hücumçu klubda 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Seçilən
47
27
publika.az

10Mənbələr