Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.
"Operativ Media" xəbər verir ki, günün ilk matçında Dortmund “Borussiya”sı “Sportinq”lə üz-üzə gəlib. Matç heç-heçə bitib. PSJ “Brest”i yeddi cavabsız qolla darmadağın edərək, turnirdən uzaqlaşdırıb. Günün mərkəzi oyunu Madriddə baş tutub. “Real” burada Mbappenin het-trikiylə “Mançester Siti”nin müqavimətini qırıb
Əlavə vaxta gedən PSV – “Yuventus” duelindən isə niderlandlılar qalib ayrılıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45 Borussiya (Dortmund, Almaniya) – Sportinq (Portuqaliya) 0:0
İlk oyun 3:0
00:00 PSJ (Fransa) – Brest (Fransa) 7:0
Qollar: B.Barkola, 20, X.Kvaratsxeliya, 39, Vitinya, 59, D.Doue, 64, N.Mendeş, 69, Q.Ramoş, 76, S.Mayulu, 86
İlk oyun 3:0
00:00 Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:1
Qollar: K.Mbappe, 4, 33, 61 – Niko, 90+2
İlk oyun 3:2
00:00 PSV (Niderland) – Yuventus (İtaliya) 3:1
Qollar: İ.Perişiç, 53, İ.Saibari, 74, R.Flaminqo, 98 – T.Veah, 63
İlk oyun 1:2