AZ

ÇL: "Yuventus" mübarizəni dayandırdı, "Real" və PSJ növbəti mərhələdə

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.

Bakıvaxtı.az  xəbər verir ki, günün ilk matçında “Borussiya” “Sportinq”lə qarşılaşıb.

Dortmundda keçirilən görüşdə hesab açılmayıb.

Günün mərkəzi oyunu Madriddə baş tutub. “Real” “Mançester Siti”ni qəbul edib. Kilian Mbappenin het-trik etdiyi oyunda meydan sahibləri qələbə qazanıb - 3:1.

PSJ "Brest"i meydana çıxmağına peşman edib. Parislilər 7:0 hesablı qalibiyyətə seviniblər.

"Yuventus" isə PSV ilə bacarmayıb. İtaliya təmsilçisi 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

19 fevral

21:45 "Borussiya" (Dortmund, Almaniya) – "Sportinq" (Portuqaliya) 0:0
İlk oyun 3:0

00:00 PSJ (Fransa) – "Brest" (Fransa) 7:0
İlk oyun 3:0

00:00 PSV (Niderland) – "Yuventus" (İtaliya) 3:1
İlk oyun 1:2

00:00 "Real" (İspaniya) – "Mançester Siti" (İngiltərə) 2:1, ə.v. 3:1
İlk oyun 3:2

Seçilən
32
6
bakivaxti.az

10Mənbələr