Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub.
Viral.az xəbər verir ki, günün ilk matçında “Borussiya” “Sportinq”lə üz-üzə gəlib.
Dortmundda keçirilən görüşdə hesab açılmayıb.
Son Yazılar:
- “Real” və PSJ növbəti mərhələdə, “Yuventus” mübarizəni DAYANDIRDI
- Rəis vəzifəsindən azad EDİLDİ
- Ağdaşda xəstə əməliyyatdan sonra ÖLDÜ
Günün mərkəzi oyunu Madriddə baş tutub. “Real” “Mançester Siti”ni qəbul edib. Kilian Mbappenin het-trik etdiyi oyunda meydan sahibləri qələbə qazanıb – 3:1.
PSJ “Brest”i meydana çıxmağına peşman edib. Parislilər 7:0 hesablı qalibiyyətə seviniblər.
“Yuventus” isə PSV ilə bacarmayıb. İtaliya təmsilçisi 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45 “Borussiya” (Dortmund, Almaniya) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun 3:0
00:00 PSJ (Fransa) – “Brest” (Fransa) 7:0
İlk oyun 3:0
00:00 PSV (Niderland) – “Yuventus” (İtaliya) 3:1
İlk oyun 1:2
00:00 “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 2:1, ə.v. 3:1
İlk oyun 3:2