“xAI” şirkəti İlon Maskın dünyanın ən ağıllı süni intellekti adlandırdığı “Grok 3” süni intellekt modelini pulsuz olaraq istifadəçilərin sərəncamına verib.Missiya.Az xəbər verir ki, bu barədə “xAİ”nin “X” platformasındakı rəsmi səhifəsində məlumat yayılıb.
“Bu da belə: dünyanın ən ağıllı süni intellekti olan “Grok 3”dən pulsuz istifadə etmək olacaq (bizim serverlər əriyənə kimi)”, - deyə İlon Maskın təsisatçısı olduğu “xAİ” şirkətinin bəyanatında bildirilib.
“Grok 3” süni intellektinin beta versiyasının artıq “X” sosial şəbəkəsinin tətbiq variantında, həmçinin, “Grok” saytında əlçatan olduğu deyilir. “Grok 3”ün pulsuz versiyasını istifadə edən istifadəçilər daha dərin axtarışlar və təfsilatlı, əsaslandırılmış cavablar üçün “DeepSearch” funksiyasından, o cümlədən, riyaziyyat, elm və proqramlaşdırma sahələrində ən mürəkkəb tapşırıqların yerinə yetirilməsi üçün “Think” funksiyasından yararlana biləcəklər.
Zərintac MayisqızıMissiya.Az