AZ

Faciədə ölən və yaralılar var - ADLAR

Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itərərək aşıb.

Nəticədə İlyas Allahyar oğlu Allahverənov hadisə yerində ölüb. Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Zakir oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Arzu oğlu Əmənov və 1991-ci il təvəllüdlü Amik Rafiq oğlu Cəfərov ağır xəsarət alaraq təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.(Report)

Seçilən
17
24
oxu24.com

10Mənbələr