AZ

Ağdamda ağır QƏZA: ölən və yaralanlar var

Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az  xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək, yoldan çıxıb aşıb.

Nəticədə Allahverənov İlyas Allahyar oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Seçilən
21
24
milli.az

10Mənbələr