AZ

Qarabağda ağır qəza: Ölən və yaralanlar var

Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək, yoldan çıxıb aşıb.

Nəticədə Allahverənov İlyas Allahyar oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
16
24
cebheinfo.az

10Mənbələr