İşğaldan azad edilən Ağdaş şəhərində tikilən “Ağdam Residence” yaşayış kompleksində tikinti işləri yekunlaşıb.
APA xəbər verir ki, bu barədə bu gün keçirilən media-turda “Ağdam Residence’’ layihəsinin tikinti işləri üzrə rəhbəri Emin Cəfərov məlumat verib.
Qeyd olunub ki, “Ağdam Residence” yaşayış kompleksi 1,55 hektar ərazini əhatə edir. Kompleksin ərazisində ilkin 6 yaşayış binası inşa edilib.
Bundan başqa, kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dörd otaqlıdır.
Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.




