AZ

“Ağdam Residence” yaşayış kompleksində tikinti işləri yekunlaşıb

"Ağdam Residence" yaşayış kompleksində tikinti işləri yekunlaşıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ağdama təşkil olunan mediatur çərçivəsində jurnalistlərə "Ağdam Residence'' layihəsinin tikinti rəhbəri Emin Cəfərov məlumat verib.

O həmçinin qeyd edib ki, "Ağdam Residence" yaşayış kompleksi 1,55 hektar ərazini əhatə edir. Kompleksin ərazisində ilkin 6 yaşayış binası inşa edilib.

Trend-in bölgə müxbiri kompleksin inşa edildiyi ərazidə olub, görülən işlərlə maraqlanıb.

Burada bildirilib ki, kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 18-də "Ağdam Residence" yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
9
olaylar.az

10Mənbələr