İşğaldan azad edilən Ağdam şəhərində tikilən “Ağdam Residence” yaşayış kompleksində tikinti işləri yekunlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə bu gün keçirilən media-turda “Ağdam Residence’’ layihəsinin tikinti işləri üzrə rəhbəri Emin Cəfərov məlumat verib.
Qeyd olunub ki, kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. “Ağdam Residence” yaşayış kompleksi 1,55 hektar ərazini əhatə edir. Kompleksin ərazisində ilkin olaraq 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir, ümumi blokların sayı 11-dir. Mənzillərin 45-i 1 otaqlı, 108-i 2 otaqlı, 48-i 3 otaqlı, 8-i isə 4 otaqlıdır.
Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
"Cebheinfo.az"