AZ

Faktiki hava: Qar yağır

Milli Hidrometeorologiya Xidmətinin  fevralın 20-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində  küləkli və yağıntılı hava şəraiti davam edir. 

Naxçıvan, Şahbuz, Naftalan, Oğuz, İsmayıllı, Füzuli, Xocalı, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad,  Biləsuvar, Lənkəran, Astarada yağış yağır.  

Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5, Naxçıvan MR-da 4 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

"Cebheinfo.az "

Seçilən
123
26
cebheinfo.az

10Mənbələr