Bakı. Trend:
2025-ci ilin yanvar ayı ərzində nəqliyyat sektorunda fəaliyyətgöstərən təsərrüfat subyektləri tərəfindən daşınan 18,4 milyon tonyükün 55,7%-i, 157,2 milyon sərnişinin isə 87,9%-i avtomobilnəqliyyatının payına düşüb.
Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, bu, 10,2 milyon ton yük və 138,2 milyon sərnişindaşınması deməkdir və ötən ilin yanvar ayı ilə müqayisədə müvafiqolaraq 9,8% və 8,4% çoxdur.
"Sərnişinlərin 95,7%-i avtobus, 4,3%-i isə taksi xidmətlərindənistifadə edib. Həmçinin avtobusla sərnişindaşımada 8,8% artım,taksi ilə sərnişindaşımada isə 0,5% azalma qeydə alınıb.
Bu göstəricilər Azərbaycanın avtomobil nəqliyyatıinfrastrukturunun müasirləşdirilməsi, xidmət keyfiyyətininartırılması və daşımaların daha effektiv təşkili istiqamətindəgörülən işlərin uğurlu nəticəsidir. Yerüstü nəqliyyat sektorundarəqəmsallaşma, yeni avtobusların istismara verilməsi və yollarıntəkmilləşdirilməsi sərnişin və yük daşımalarının həcminin artmasınaəhəmiyyətli təsir göstərmişdir",- məlumatda qeyd edilib.