AZ

Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımada əhəmiyyətli artım qeydə alınıb

AYNA: Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımada əhəmiyyətli artım qeydə alınıb.

2025-ci ilin yanvar ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan 18,4 milyon ton yükün 55,7%-i, 157,2 milyon sərnişinin isə 87,9%-i avtomobil nəqliyyatının payına düşüb.

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, bu, 10,2 milyon ton yük və 138,2 milyon sərnişin daşınması deməkdir və ötən ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 9,8% və 8,4% çoxdur.

Seçilən
7
2
operativmedia.az

3Mənbələr