Olaylar.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, bu, 10,2 milyon ton yük və 138,2 milyon sərnişin daşınması deməkdir və ötən ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 9,8% və 8,4% çoxdur.
"Sərnişinlərin 95,7%-i avtobus, 4,3%-i isə taksi xidmətlərindən istifadə edib. Həmçinin avtobusla sərnişindaşımada 8,8% artım, taksi ilə sərnişindaşımada isə 0,5% azalma qeydə alınıb.
Bu göstəricilər Azərbaycanın avtomobil nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və daşımaların daha effektiv təşkili istiqamətində görülən işlərin uğurlu nəticəsidir. Yerüstü nəqliyyat sektorunda rəqəmsallaşma, yeni avtobusların istismara verilməsi və yolların təkmilləşdirilməsi sərnişin və yük daşımalarının həcminin artmasına əhəmiyyətli təsir göstərmişdir",- məlumatda qeyd edilib.