AZ

MPL: "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Bu gün Misli Premyer Liqasında 24-cü tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. 

6-cı yerdəki "Neftçi" öz meydanında 7-ci pillədəki "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq. 

Bu komandalar arasında 1-ci dövrənin görüşündə 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin matçında isə "Sumqayıt" 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları 22 və 23 fevral tarixlərində keçiriləcək.

21 fevral (cümə)

19:00.“Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”

Seçilən
13
2
ikisahil.az

10Mənbələr