Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilir.
6-cı yerdəki "Neftçi" öz meydanında 7-ci pillədəki "Sumqayıt"ı qəbul edir. Oyun saat 19:00-da başlayıb.
Bu komandalar arasında 1-ci dövrənin görüşündə 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin matçında isə "Sumqayıt" 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digər oyunları 22 və 23 fevral tarixlərində keçiriləcək.
21 fevral (cümə)
19:00.“Neftçi” – “Sumqayıt” - 0:0 (Birinci hissə)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”
22 fevral (şənbə)
16:00.“Araz-Naxçıvan” – “Səbail”
19:00.“Qarabağ” – “Sabah”
23 fevral (bazar)
14:30.“Şamaxı” – “Turan Tovuz”
17:00.“Zirə”– “Kəpəz”
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Cesse Sekidika ("Sabah") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol