Bu gün Misli Premyer Liqasında 24-cü tura start veriləcək.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək.
6-cı yerdəki “Neftçi” öz meydanında 7-ci pillədəki “Sumqayıt”ı qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun digər oyunları 22 və 23 fevral tarixlərində keçiriləcək.
21 fevral (cümə)
19:00.“Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”