Şimal-qərb bölgəsinə yağan güclü qar bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaradıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, fevralın 19-u axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib, intensiv qar yağır
Fevralın 20-i axşam saatlarından başlayaraq bölgədə qarın yağması daha da güclənib. Güclü qar səbəbindən bölgənin Zaqatala, Qax və Balakən rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yardıb. Bəzi yollarda güclü qar səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Hazırda rayonların müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.