AZ

Bu ərazilər işıqsız qaldı

Şimal-qərb bölgəsinə yağan güclü qar bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaradıb.

 

Fevralın 19-u axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib, intensiv qar yağır.

 

Fevralın 20-i axşam saatlarından başlayaraq bölgədə qarın yağması daha da güclənib. Güclü qar səbəbindən bölgənin Zaqatala, Qax və Balakən rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yardıb. Bəzi yollarda güclü qar səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb.

 

Hazırda rayonların müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

 

APA

Tarix: 21 Fevral 2025, 09:53   
Seçilən
1
4
pravda.az

8Mənbələr