AZ

Şimal-qərb bölgəsinə yağan güclü qar elektrik enerjisinin verilməsində fasilə yaradıb

Şimal-qərb bölgəsinə yağan güclü qar bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaradıb...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, fevralın 19-u axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib, intensiv qar yağır.

Fevralın 20-i axşam saatlarından başlayaraq bölgədə qarın yağması daha da güclənib. Güclü qar səbəbindən bölgənin Zaqatala, QaxBalakən rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yardıb. Bəzi yollarda güclü qar səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Hazırda rayonların müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Poliqon.info

Seçilən
1
6
poliqon.info

8Mənbələr