AZ

Millimiz Monteneqro ilə üz-üzə

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasında yeni mövsümə start verəcək.

Siyasət Əsgərovun yetirmələri C Liqasının 4-cü qrupunda ilk oyununa çıxacaq. Millimiz Monteneqro yığmasını qəbul edəcək. Görüş “Liv Bona Dea Arena”da təşkil olunacaq. Matç saat 15:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız və Monteneqro ilə eyni qrupda Litva millisi də yer alıb.

Millətlər Liqası
C liqası, IV qrup
21 fevral
15:00. Azərbaycan – Monteneqro
Baş hakim:
Tatyana Sorokopudova (Qazaxıstan)
“Liv Bona Dea Arena”

İdman.biz

Seçilən
17
7
idman.biz

8Mənbələr