Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında yeni mövsümün ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız Monteneqronu qəbul edəcək.
C Liqasının 4-cü qrupunda yer alan millimiz rəqibini “Liv Bona Dea Arena”da sınağa çəkəcək. Matç saat 15:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız və Monteneqro ilə eyni qrupda Litva millisi də mübarizə aparır.
Millətlər Liqası
C liqası, IV qrup
21 fevral
15:00. Azərbaycan – Monteneqro
Baş hakim: Tatyana Sorokopudova (Qazaxıstan)
Mərdəkan. “Liv Bona Dea Arena”