AZ

Samir Abasov: “Onun dedikləri öz komandasına aiddir”

Misli Premyer Liqasının XXIV turunun "Neftçi" - "Sumqayıt" matçından sonra (1:0) meydan sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

- Oyunun sonunda 4-lü müdafiəyə keçdiz. Startda belə sistemlə oynamağı düşünürsüz?

- Hələ yox. Bunun acısını "Araz-Nasxçıvan"la matçda çəkmişik. Bu gün düşünmürəm. Oyunun gedişatında ola bilər? Riskə gedirsən. Bunun üzərində durub, çempionatın axırına qədər təkmilləşdirsək, daha yaxşı olar.

Vaqif Caavdo dedi ki, yanlış penalti oldu. Sizcə, haqlı hesab hansı idi?

Desəm, penalti deyildi filan, yalan olar. Çünki epizodiu görməmişəm. Köməkçilərim baxırdılar. Gördülər ki, penalti var. Bu cür oyun haqda danışmaq çətindir. Şərait özü oyunun tempi öldürür, səhvlərə məcbur edir. Yaxşı duruma getdiyimiz durumda bizim üçün əlverişli deyildi. Meydança yaşıldı, qar təmizdir. Amma sürüşkən idi, top saxlayanda vaxt sərf edirsən, qərarlar verəndə gecikmə...Bunlar anlaşılandır. Bu oyunun nətic.si heç-heçə, 1:0 olardı, əks-hücumda qol buraxa bilərsən. Komandamdan razıyam. Səbrli oldular. Sona qədər inam da var idi. Rəqibin baş məşqçisinin dedikləri? Öz komandasına aiddir. Biz üç xalımızdan, koandamızdan razıyam.

Komandanın içində həftə ərzində siz olursuz. Psixoloji durumda dəyişiklik hiss edirsiz?

Qalibiyyətlər özü əhval-ruhiyyəni düzəldir. Komandanı daha yaxşı hazırlamağa kömək olur. İndi ab-hava həddindən artıq deyərdim...Amma turnir cədvəlindək idurum bunu deməyə imkan vermir. Amma əvvəlkindən yaxşıdır. Daha da yaxşı olmasına çalışırıq. Həftəiçi komandanın içində mənəm və əhval-ruhiyyə yaxşıdır, uşaqlar bir-birinə bağlanıblar. Məndən əvvlki baş məşqçi ilə əlaqələndirmirəm. Sadəcə nəticələr basqı ayradırdı.

Sambunun oyunun necə dəyərləndirirsiz?

Birinci aylar futbolçu haqda qiymət vermək çətindir. Tərəfdarı olmamışam. Özü də bellə hava şəraitində. Burada ancaq mübarizə aparırsan. Hər bir futbolçumuza inanırıq. Allah qoysa, mövsümün sonunaqədər hərəsi bir oyun xeyir versə, irəli getməyimizə kömək olacaq.

"Qarabağ"la oyundan sonra start heyəti müəyyənləşdirərkən, Yuri Matias seçimində tərəddüdünüz oldu?

Heç vaxt, əsla olmayıb. Bir səhvin üzərində duran insan olmadığıma görə, belə şey də olmadı. Amma buna baxmayarQ, qorxumuz da olub, kimsə zədələnər. Matiasın o səhvinə görə oynamayacağını düşünməmişdik. 

Ramil Şeydayev kölgədə qalıb. Əsas problemi nədir ki, rəqabətdə uduzur?

Bu gün heç bir futbolçumuzun problemi yoxdur. Ramildə heç bir problem görmürəm. "Sabah"la başqa heyətlə oynadıq. Adlarla gəlsək, heç kimdə problem yoxdur. Futboplçudan intevru alsaz, keçən həftəki zəif oyununa görə nələrsə ola bilər. Amma bunu da prioritet tumuruq. Çalışırıq ki, hər bir fubtolçunu növbəti matça yaxşı hazırlayaq.

Azərbaycan çempionatının oyunları təxirə salındı - SON DƏQİQƏ

Sabiq “Neftçi”li Lənkəran klubunda

Millimiz Özbəkistana məğlub oldu

Hakimlərimizə beynəlxalq təyinat

Yığmamızın matçı ilə bağlı yeni qərar

Seçilən
14
3
apasport.az

6Mənbələr