AZ

Samir Abasov: "Biz üç xalımızdan, komandamızdan razıyıq"

"Bu gün heç bir futbolçumuzun problemi yoxdur. Ramildə heç bir problem görmürəm. "Sabah"la matçda başqa heyətlə oynadıq. Adlara gəlsək, heç kimdə problem yoxdur. Çalışırıq ki, hər bir futbolçunu növbəti matça yaxşı hazırlayaq".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Sumqayıt"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Milsi Premyer Liqasının 24-cü turunda doğma meydanda qazanılan 1:0 hesablı qələbəni şərh edib: "Bu cür oyun haqda danışmaq çətindir. Şərait özü oyunun tempini öldürür, səhvlərə məcbur edir. Yaxşılığa getdiyimiz durumda bizim üçün əlverişli deyildi. Meydança yaşıldır, qardan təmizlənib. Amma sürüşkən idi, top saxlayanda vaxt sərf edirsən, qərarlar verəndə gecikmə olur. Bunlar anlaşılandır. Komandamdan razıyam. Futbolçular səbrli oldular. Sona qədər inam var idi. Rəqibin baş məşqçisinin dedikləri öz komandasına aiddir. Biz üç xalımızdan, komandamızdan razıyıq".

Samir Abasov komandadakı abu-hava barədə danışıb: "Qalibiyyətlər özü əhval-ruhiyyəni düzəldir. Komandanı daha yaxşı hazırlamağa kömək olur. İndi ab-hava həddindən artıq yaxşıdır deyərdim... Amma turnir cədvəlindəki durum bunu deməyə imkan vermir. Amma əvvəlkindən yaxşıdır. Daha da yaxşı olmasına çalışırıq. Həftəiçi komandanın içində mənəm və əhval-ruhiyyə yaxşıdır, uşaqlar bir-birinə bağlanıblar. Məndən əvvəlki baş məşqçi ilə əlaqələndirmirəm. Sadəcə nəticələr basqı yaradırdı".

İdman.biz

Seçilən
15
1
idman.biz

6Mənbələr