AZ

“Rəqibin baş məşqçisinin dedikləri öz komandasına aiddir” - Samir Abasov

“Neftçi” Azərbaycan Premyer Liqasının 24-cü turunda doğma meydanda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

Publika.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyunun sonunda 4-lü müdafiəyə keçdiz. Startda belə sistemlə oynamağı düşünürsüz?

– Hələ yox. Bunun acısını “Araz-Naxçıvan”la matçda çəkmişik. Bu gün düşünmürəm. Oyunun gedişatında ola bilər. Bunun üzərində durub, çempionatın axırına qədər təkmilləşdirsək, daha yaxşı olar.

– Vaqif Cavadov dedi ki, yanlış penalti oldu. Sizcə, haqlı hesab hansı idi?

– Penalti deyildi, filan, görməmişəm. Köməkçilərim baxırdılar. Gördülər ki, penalti var. Bu cür oyun haqda danışmaq çətindir. Şərait özü oyunun tempini öldürür, səhvlərə məcbur edir. Yaxşılığa getdiyimiz durumda bizim üçün əlverişli deyildi. Meydança yaşıldır, qardan təmizlənib. Amma sürüşkən idi, top saxlayanda vaxt sərf edirsən, qərarlar verəndə gecikmə olur. Bunlar anlaşılandır. Komandamdan razıyam. Futbolçular səbrli oldular. Sona qədər inam var idi. Rəqibin baş məşqçisinin dedikləri öz komandasına aiddir. Biz üç xalımızdan, komandamızdan razıyıq.

– Komandanın içində həftə ərzində siz olursuz. Psixoloji durumda dəyişiklik hiss edirsiz?

– Qalibiyyətlər özü əhval-ruhiyyəni düzəldir. Komandanı daha yaxşı hazırlamağa kömək olur. İndi ab-hava həddindən artıq yaxşıdır deyərdim…Amma turnir cədvəlindəki durum bunu deməyə imkan vermir. Amma əvvəlkindən yaxşıdır. Daha da yaxşı olmasına çalışırıq. Həftəiçi komandanın içində mənəm və əhval-ruhiyyə yaxşıdır, uşaqlar bir-birinə bağlanıblar. Məndən əvvəlki baş məşqçi ilə əlaqələndirmirəm. Sadəcə nəticələr basqı yaradırdı.

Seçilən
23
3
publika.az

6Mənbələr