AZ

Iraqın şimalında antiterror əməliyyatı keçirilib

Bakı, TurkicWorld

Türk Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalındaki Pençe-Kilit bölgəsində 12 PKK terrorçusu zərərsizləşdirilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, keçirilən əməliyyat çərçivəsində 9 terrorçu zərərsizləşdirilib.

"Xüsusi Qüvvələr Komandanlığımızın əməliyyatı ilə daha 3 terrorçu qaça bilmədən zərərsizləşdirildi. Beləliklə, bölgədə zərərsizləşdirilən ümumi terrorçu sayı 12-yə çatıb", - deyə nazirliyin verdiyi açıqlamada deyilir.

Seçilən
150
50
turkic.world

10Mənbələr