İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda fəal şəkildə zərbələr endirir.
XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, bunu yəhudi dövlətinin Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz bildirib.
Onun sözlərinə görə, bu hücumlar İsrail tərəfinin “Suriyanın cənub bölgələrini sakitləşdirmək üçün müəyyən etdiyi” “yeni siyasət” çərçivəsində həyata keçirilir.
Nazir qeyd edib ki, ölkəsi Suriyanın cənubunun “Livanın cənubuna çevrilməsinə” icazə verməyəcək.
“Vətəndaşlarımızın təhlükəsizliyini riskə atmayacağıq. Suriya rejimi qüvvələrinin və terror təşkilatlarının Suriyanın cənubundakı təhlükəsizlik zonasında möhkəmlənmək cəhdi atəşlə qarşılanacaq”, - o əlavə edib.
Araz
XəzərNews.az
Xəbər 2 dəfə oxunub.