AZ

Türk ordusu İraq və Suriyada antiterror əməliyyatı keçirib

Bakı, TurkicWorld

Türk Silahlı Qüvvələri (TSQ) İraq və Suriyanın şimalında antiterror əməliyyatı keçirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, keçirilən əməliyyat çərçivəsində İraqın şimalında 2, Suriyanın şimalında isə 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Beləliklə, ümumi 8 terrorçu zərərsizləşdirilib.

Nazirlik bildirib ki, terroru yuvasında məhv etmək üçün əməliyyatlarını davam edəcək.

Seçilən
145
50
turkic.world

10Mənbələr