Moskvadan Kubaya uçan “Nordvind” aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Sankt-Peterburqun Pulkovo hava limanında təcili eniş edib.
Axar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Fevralın 23-də Şeremetyevo-Kayo Koko reysini həyata keçirən təyyarədə texniki nasazlıq yarandığı üçün ekipaj alternativ Pulkovo hava limanında eniş etmək qərarına gəlib”, - məlumatda qeyd olunub.