AZ

Bu ölkənin prezidentinin helikopteri təcili eniş edib - VİDEO

Honduras prezidenti Xiomara Kastronu daşıyan helikopter məcburi eniş etmək məcburiyyətində qalıb.

Ölkə.Az xəbər verir ki, helikopter San Pedro Suladan Tequsiqalpaya gedərkən əlverişsiz hava şəraiti səbəbindən Kortes bölgəsinin Santa Kruz de Yojoa qəsəbəsinə təcili eniş etmək məcburiyyətində qalıb.

Səlahiyyətlilər bildiriblər ki, prezident Kastro hadisədən sağ-salamat xilas olub.

"Biz San Pedrodan Tequsiqalpaya gedirdik, lakin hava şəraitinə görə səfərə davam edə bilmədik və geri də qayıda bilmədik. Ona görə də təcili eniş etməli olduq. Hamımız çox yaxşıyıq, marağınıza görə təşəkkür edirik", - Kastro jurnalistlərə deyib. 

Honduras xarici işlər naziri Eduardo Enrique Reina da sosial media hesabından açıqlama verib: "Prezident və onu müşayiət edən şəxslər işgüzar səfərdə olduqları helikopterin pis hava şəraiti səbəbindən ölkənin şimalındakı Santa Cruz de Yojoa şəhərinə təcili eniş etməsindən sonra səyahətlərini təhlükəsiz şəkildə davam etdirdilər".

Mürtəza
Ölkə.Az

Seçilən
115
50
olke.az

10Mənbələr