“Southwest Airlines”in təyyarəsi Çikaqo hava limanına enərkən şəxsi təyyarə ilə toqquşmadan son anda qaça bilib.
Ölkə.Az “Daily Mail”ə istinadən cəbər verir ki, “Southwest Airlines”ə məxsus sərnişin təyyarəsi Çikaqo Miduey Beynəlxalq Hava Limanına enərkən “Flexjet” şəxsi təyyarəsinin yoluna enib.
Hadisə fevralın 25-də Nebraska ştatının Omaha şəhərindən uçan 2504 saylı reys eniş üçün yaxınlaşarkən baş verib.
Yayılan videogörüntülərdən aydın görünür ki, “Boeing 737-8H4”ün uçuş-enmə zolağına toxunduğu, lakin həmin vaxt yolunda olan “Bombardier Challenger 3500” ilə toqquşmadan yayınmaq üçün zolaqdan kəskin qalxış edərək ikinci dövrə vurmaq məcburiyyətində qalıb.
İkin məlumata görə, şəxsi təyyarə Tennessi ştatının Knoxville şəhərinə uçurmuş.
Xoşbəxtlikdən ekipajın çevik reaksiyası sayəsində ölən və xəsarət alan olmayıb.
2504 saylı reys hadisədən qısa müddət sonra uğurlu eniş edib.
Bu hal son zamanlar ilk deyil. ABŞ-də ciddi aviasiya insidentlərinin sayı artmaqdadır və bu, mütəxəssislərin narahatlığına səbəb olur.
Mürtəza
Ölkə.Az