Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Zirə" - "Kəpəz" matçının yeni tarixi açıqlanıb.
Güclü qar yağışı səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” qarşılaşmasının yeni tarixi müəyyənləşib. Peşəkar Futbol Liqasının qərarına əsasən matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək. Qarşılaşma saat 16:00-da başlanacaq.
"Operativ Media" xəbər verir ki, bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.