AZ

“Azərlotereya” ən çox vergi ödəyən şirkətlər arasında — 92,4 milyon manat

Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın
açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını
açıqlayıb.


Sadələşdirilmiş vergi ödəyicisi olan “Azərlotereya” ASC ötən il 92.4 milyon manat vergi
ödəməklə bu siyahıda 14-cü yerdə qərarlaşıb. Şirkət qeyri-neft sektoru sahəsi üzrə ən çox
vergi verənlər arasında isə 6-cı yerdədir.


2021-ci ilin əvvəlində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Türkiyənin “Demirören
Holdinq” şirkətinə idarəetməyə verilmiş “Azərlotereya” ASC qanuni lotereya təşkilatçısı və
idman mərc operatoru kimi uğurlu fəaliyyəti nəticəsində parlaq gələcək üçün xeyirli işlər və
faydalı layihələrə imza ataraq yeni iş imkanlarının yaradılmasında pay sahibi olaraq ən böyük
vergi ödəyicilərindən biri kimi ölkə iqtisadiyyatına böyük töhfə verməyə davam edir.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc operatoru “Azərlotereya”nın hər il
ödənilən vergi həcmində xeyli artım müşahidə olunur.


“Azərlotereya” vergilər və dövlət büdcəsinə edilən digər ödəmələrdən əlavə, öz gəlirindən
Korporativ Sosial Məsuliyyət çərçivəsində idman, təhsil, təbiət və innovasiyalar
istiqamətlərində mühüm layihələrə resurs ayıraraq dəstək göstərir. Şirkətin missiyası,
baxışları, dəyərləri ilə sıx bağlı olan KSM siyasətində başlıca hədəf layihələrin bu
istiqamətlərdə genişləndirilməsidir.


Şirkətin xüsusi önəm verdiyi, şəhid ailə üzvlərinin təhsilinə dəstək məqsədilə həyata keçirdiyi
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi
olan şəhid ailə üzvlərinin təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil
alan şəhid ailə üzvlərinin yaşayış xərcləri qarşılanır. Hazırda layihə 150 şəhid əmanətini əhatə
edir.


“Azərlotereya”nın Qarabağ Dirçəliş Fondu ilə birgə həyata keçirdiyi "Hər şey Qarabağ üçün"
layihəsi çərçivəsində Qarabağın yenidən bərpası naminə tirajlı lotereya biletlərinin satışından
əldə edilən vəsaitin bir hissəsi Qarabağın dirçəlişinə ianə edilib. Həmçinin işğaldan azad
edilmiş torpaqların minalardan təmizlənməsi üçün xüsusi itlərin alınmasına dəstək
göstərərək ANAMA-ya təqdim edilib.


İdmanın inkişafına diqqət və qayğı göstərərək sağlam həyat tərzinin təbliği, idmana olan
marağın artırılması, dövlətin prioritet siyasətinə dəstək olan “Azərlotereya”nın “Misli”
brendi 3-cü mövsümdür ki, Azərbaycan Premyer Liqasına sponsordur. İdmanın inkişafı istiqamətində futbol üzrə kişilərdən ibarət A milli komandası və ölkə voleyboluna böyük töhfə verir.

Bundan başqa, gənclərin təhsil, elm və yaradıcı fəaliyyətə cəlb edilməsi, texnologiyalara
marağın artırılması istiqamətində görülən işlərlə onların potensiallarının üzə çıxmasına
böyük dəstək olan “Azərlotereya” artıq 3 ildir ki, ölkənin ən yaxşılarının yarışdığı Peşəkar
İntellekt Liqasının əsas tərəfdaşıdır, həmçinin populyar intellektual əyləncə
platformalarından biri olan "Everest" layihəsinə dəstəkdir.


Müxtəlif sahələrdə innovativ layihələrin tətbiqi və inkişafı, innovativ, yenilikçi, yaradıcı
startapların uğurla həyata keçirilməsi, gənclərin innovasiya sahəsinə yönəlməsi, bu qəbildən
olan layihələrin uzunmüddətliliyini təmin etmək məqsədilə “Azərlotereya” ASAN
“İnnovasiyalar Mərkəzi”  ilə birgə “Brain Game” intellektual oyun hakatonu keçirdib maraqlı
ideyaların üzə çıxmasına şərait yaradılıb.


“Azərlotereya” bundan sonra da beynəlxalq standartlara uyğun, qanun çərçivəsində şəffaf
fəaliyyəti ilə dövlətə faydalı olmağa davam edəcək.


“Azərlotereya” öz fəaliyyətini şəffaflıq prinsipi əsasında təşkil edərək hər il maliyyə
hesabatlarını “Böyük 4-lük” şirkətlərindən biri ilə audit edir, maliyyə hesabatlarınıa öz rəsmi
veb səhifəsində yerləşdirir. Qanunverciliyin tələblərinə əsasən şirkətin fəaliyyəti tənzimləyici
orqan tərəfindən nəzarət edilir. Eləcə də şirkətin prosesləri beynəlxalq standartlara görə
qurulub və hər il Dünya Lotereyalar Assosiasiyası (WLA) standartlarına uyğunluyu
səlahiyyətləndirilmiş qurumlar tərəfindən audit edilir və sertifikatlandırılır.

Seçilən
88
50
sfera.az

10Mənbələr