Avropa İttifaqının bəyanatında deyilir ki, Ukraynada müharibənin 3-cü ildönümünə təsadüf edən Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.
Rusiyanın 8 KİV-i, 78 “kölgə donanması” gəmisi və 13 bank məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.
Ümumilikdə 35 Rusiya şirkəti və 48 fiziki şəxs sanksiyalara məruz qalacaq.
Qeyd edək ki, Avropa İttifaqı ilk dəfə olaraq SWIFT-in rusiyalı analoqu - Maliyyə Mesajlaşma Sistemindən (FMS) istifadə edən üçüncü ölkələrin banklarına və maliyyə institutlarına qadağa tətbiq edir.
Aİ həmçinin bəzi malların - kimyəvi maddələrin, bəzi plastik və rezin növlərinin ixracına, həmçinin ilkin alüminiumun idxalına əlavə məhdudiyyətlər tətbiq edib.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, Budapeşt 16-cı paketdə nəzərdə tutulan məhdudiyyətlər Rusiya neftinin və neft məhsullarının istifadəsi üçün istisna təmin edib, həmçinin Budapeşt metrosunun texniki xidməti ilə məşğul olan Rusiyanın “Metrovaqonmaş” şirkətinin işinə qoyulan qadağadan yayınıb.
Nigar