Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı onunla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, “Toppuş bacı”nın səs yazısını paylaşıb və bunları yazıb:
“Bu səsi Tünüşün telefonundan tapmışam. Hər zaman “Röyal, Röyal” deyirdi. Nə olur-olsun, öncəliyi yalnız Röyal idi.
Mənim də ölənə kimi dilimdə yalnız Tünzalə olacaq. Allahıma şükür edirəm — verdiyinə, aldığına!
Mən çox darıxıram… Heç dözüləsi dərd deyil, birtəhər dözürəm. Vallah, çox çətindir…”.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta