Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Səbail” matçının biletləri satışa çıxarılıb.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışdadır.
Qiymətlər sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.
Qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Xatırladaq ki, fevralın 27-də keçiriləcək “Qarabağ” – “Səbail” matçına saat 16:00-da start veriləcək.