AZ

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, fevralın 23-dən martın 2-dək paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

🔹 Alpinizm üzrə Rasim Cəfərovun xatirəsinə həsr olunmuş "Azərbaycan dağçısı" modulu, Alpinizm məktəbi – 22 yanvar-31 mart (Bakı);
🔹 Elektron idman növləri üzrə Universitet Liqası – 1-28 fevral (Bakı);
🔹 Badminton üzrə U-11 ölkə birinciliyi – 21-24 fevral (Bakı);
🔹 Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şahmat üzrə Yasamal rayon turniri - 24 fevral, saat 11:00 (225 nömrəli tam orta məktəb);
🔹 Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Nizami rayon məktəbliləri arasında badminton üzrə rayon turniri - 25 fevral, saat 9:00 (251 nömrəli tam orta məktəb);
🔹 Xocalı soyqırımına həsr olunmuş stolüstü tennis üzrə Binəqədi rayon turniri - 25 fevral, saat 10:00 (244 nömrəli tam orta məktəb);
🔹 Xocalı soyqırımına həsr olunmuş güllə atıcılığı üzrə Qaradağ rayon turniri - 25 fevral, saat 10:00 (233 saylı tam orta məktəb);
🔹 Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bədii gimnastika üzrə Nəsimi rayon turniri - 25 fevral, saat 11:00 (Heydər Əliyev adına İdman-Konsert Kompleksi);
🔹 Xocalı soyqırımına həsr olunmuş güllə atıcılığı üzrə Səbail rayon turniri - 25 fevral, saat 11:00 (AVMVİB-nin Səbail rayon təşkilatının güllə atıcılığı mərkəzi);
🔹 Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş qızlar arasında voleybol üzrə Xəzər rayon turniri - 27 fevral, saat 9:00 (124 nömrəli tam orta məktəb);
🔹 Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Nizami rayon məktəblərinin oğlanlardan ibarət komandaları arasında həndbol üzrə rayon turniri - 27 fevral, saat 9:00 (Nizami rayonu, 12 nömrəli tam orta məktəb);
🔹 Yeniyetmə və gənclər arasında kəndirlə mübarizə üzrə Bakı şəhər çempionatı - 27 fevral, saat 11:00 (Abşeron Olimpiya İdman Kompleksi);
🔹 Üzgüçülük üzrə Azərbaycan qış çempionatı – 27 fevral-2 mart (Su İdmanı Sarayı);
🔹 Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş minifutbol üzrə Pirallahı rayon turniri - 27-28 fevral, saat 11:00 (Pirallahı İdman Mərkəzi);
🔹 Qadın və kişi idman gimnastikası üzrə açıq Bakı birinciliyi və Azərbaycan çempionatı – 28 fevral-1 mart (Bakı);
🔹 Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş badminton (mix) üzrə təhsil işçiləri arşında Xəzər rayon turniri - 28 fevral, saat 9:00 (124 nömrəli tam orta məktəb);
🔹 Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında minifutbol üzrə Suraxanı rayon turniri - 28 fevral, saat 10:00 (2 saylı Uşaq Evi);
🔹 Klassik pauerliftinq üzrə böyüklər arasında Azərbaycan çempionatı – 28 fevral-1 mart (Bakı);
🔹 64 xanalı dama üzrə gənclər (2006-2008), kadetlər (2009-2011), kiçik kadetlər (2012-2014), ümidlər (2014) və daha aşağı yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyi - 1-11 mart (Bakı);
🔹 Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 2008-2009 və 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Sabunçu rayon turniri - 1-2 mart, saat 9:00 (311 nömrəli tam orta məktəb);
🔹 Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ali təhsil müəssisələrinin tələbələri (oğlanlar) arasında 3x3 basketbol üzrə Nəsimi rayon turniri - 1 mart, saat 10:30 (Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksi);
🔹 Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ali təhsil müəssisələrinin tələbələri (oğlanlar və qızlar) arasında dama üzrə Nəsimi rayon turniri - 1 mart, saat 10:30 (Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksi);
🔹 Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "Canlı ölü olma” devizi altında narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici seminar - 2 mart, saat 15:00 (Röyal hotelin konfrans zalı)
🔹Pauerliftinq üzrə ölkə çempionatı - 28 fevral - 2 mart (Bakı, Şüvəlan Ağırlıqqaldırma Mərkəzi).

İdman.biz

Seçilən
32
2
idman.biz

10Mənbələr