“Qalatasaray”ın mətbuat xidməti komandaların başabaş oyunundan sonra “Fənərbağça”nın portuqal baş məşqçisi Joze Mourinyonu tənqid edib.
Arena.az xatırladır ki, Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində ötən gecə keçirilmiş İstanbul derbisi qolsuz bərabərliklə başa çatıb – 0:0.
Oyundan sonra “Mour” car çəkib ki, oyun məqamlarından birində “Qalatasaray”ın bütün təmsilçiləri “skamya üzərində meymunlar kimi atılıb-düşürdülər”.
Türkiyə nəhəngi portuqal mütəxəssisin müvafiq ifadəsinə qarşı tənqidi mövqeyini əsaslandırıb:
“Türkiyədəki iş fəaliyyətinin lap əvvəlindən “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo türk xalqının ünvanına mütəmadi olaraq aşağılayıcı bəyanatlarla çıxış edib. Bu gün onun ifadələri əxlaqsız şərhlərdən sadəcə qeyri-insani natiqliyə keçdi. Biz, Joze Mourinyonun irqi ifadələrinə görə cinayət işi qaldırmaqla bağlı niyyətimiz və həmçinin UEFA və FIFA-ya rəsmi şikayət ünvanlamaq haqda rəsmən bəyanat veririk”, – “Qalatasaray”ın müvafiq bəyanatında deyilir.
24 turdan sonra “Qalatasaray” Türkiyə Super Liqasının yarış cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 58 xalla 2-ci pillədə qərarlaşıb.