AZ

Ukraynalı deputat Roman Kostenko: "Müharibə 2025-ci ildə bitməyəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukraynanın xalq deputatı və Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri komitəsinin katibi Roman Kostenko hesab edir ki, müharibə 2025-ci ildə bitməyəcək.
Oxu.Az xəbər verir ki, o bunu "Novini.Live"in efirində deyib.
R.Kostenkonun sözlərinə görə, döyüş əməliyyatlarının dondurulması və ya müvəqqəti dayandırılması mümkündür:
"Belə bir fikirlər və ya proqnozlar var ki, müharibə dayana bilər və ya müəyyən atəşkəs ola bilər. Baş verənlərin fonunda bu mümkündür. Bəs bu müharibənin sonu olacaqmı? Olmayacağı dəqiqdir".
O əlavə edib: "İstənilən atəşkəs ola bilər, amma onun uzunmüddətli olmayacağı dəqiqdir. Biz başa düşməliyik ki, real zəmanətlər olmadan Rusiya heç vaxt dayanmayacaq, çünki qarşısında qoyduğu minimal məqsədlərə belə çatmayıb".
Seçilən
206
50
oxu.az

10Mənbələr