Kriştiano Ronaldo İspaniyanın “Valensiya” klubunun əsas səhmdarına çevrilə bilər.
Yenisabah.az “Footmercato”ya istinadla xəbər verir ki, klubun hazırkı sahibi Ronaldonun yaxın dostu, imic hüquqlarının sahibi, eləcə də bir neçə şirkətdə şəriki olan Peter Limdir.
O, La Liqa təmsilçisinin səhmlərini 40 yaşlı hücumçuya satmaq niyyətindədir.
Lim bu mövsümün sonuna qədər səhm satışını başa çatdırmaq istəyir. Ronaldonun özü də komandanı almaqda maraqlıdır. Bundan əlavə, xərclərin bir hissəsi kral ailəsinə bağlı Səudiyyə Ərəbistanı investisiya fondları tərəfindən qarşılana bilər.
Telegram kanalımız