AZ

Ronaldo İspaniyada klub ala bilər

“Əl-Nəssr”in futbolçusu Kriştiano Ronaldo İspaniyanın “Valensiya” klubunun əsas səhmdarına çevrilə bilər.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Klubun hazırkı sahibi Ronaldonun yaxın dostu, imic hüquqlarının sahibi, eləcə də bir neçə şirkətdə şəriki olan Peter Limdi. O, klubun səhmlərini 40 yaşlı hücumçuya satmaq niyyətindədi. Lim bu mövsümün sonuna qədər səhm satışını başa çatdırmaq istəyir. Ronaldo da klubu almaqda maraqlıdı.

Bundan əlavə, xərclərin bir hissəsi kral ailəsinə bağlı Səudiyyə Ərəbistanı sərmayə fondları tərəfindən ödənilə bilər.

Qeyd edək ki, Ronaldonun “Əl-Nəssr” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
27
2
football-plus.az

5Mənbələr