AZ

Ronaldo La Liqa klubunun sahibi olacaq?

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Valensiya” klubunun əsas səhmdarına çevrilə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, klubun hazırkı sahibi, futbolçunun yaxın dostu, eləcə də bir neçə şirkətdə şəriki və portuqaliyalı ulduzun imic hüquqlarının sahibi olan Peter Lim səhmlərini Ronaldoya satmaq niyyətindədir.

Qeyd olunur ki, Lim bu mövsümün sonuna qədər səhm satışını başa çatdırmaq istəyir. Ronaldonun özü də komandanı almaqda maraqlıdır.Bundan əlavə, xərclərin bir hissəsi kral ailəsinə bağlı Səudiyyə investisiya fondları tərəfindən qarşılana bilər.

Seçilən
45
2
publika.az

5Mənbələr