AZ

Rusiyada hökumət binasına qumbara atıldı

Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb.

Axar.az xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

O bildirib ki, insident nəticəsində tələfat və xəsarət alan olmayıb.

Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib.

Qumbaranı atan şəxs saxlanılıb.

Hadisənin motivləri araşdırılır.
Seçilən
139
15
sherg.az

10Mənbələr